PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş
14.09.2022 - 18:02
PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş

Peşəkar Futbol Liqası (PFL) və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş keçirilib. 

PFL-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, onlayn formatda baş tutan görüşə qurumun prezidenti Elxan Səmədov, texniki idman direktoru Elgiz Abbasov, beynəlxalq əlaqələr üzrə menecer Fərəc Hüseynov, media və marketinq direktoru Sənan Abdullayev, qarşı tərəfdən isə icraçı direktor Yako Svart, menecer Amparo Reiq Martines, baş katibin müavini Alberto Kolombo və biznesin inkişafı üzrə menecer Entoni Blekbern qatılıb. 

Görüşdə münasibətlərin hazırkı durumu, gələcək planlar, qarşılıqlı əməkdaşlıq müzakirə olunub.

writer photo
Əlirza Əlirzalı
0