2022-ci ilin III rübündə danışılmış olması ehtimallı 76 oyun aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, bu, Beynəlxalq Ədalətli Mərclər Assosiasiyasının (İBİA) hesabatında əksini tapıb.
Bukmeker bazarında çalışan qurum Avropada 37, Asiyada 8, Afrika və Asiyada 7, Şimali Amerikada 1 şübhəli matç üzə çıxıb. Digər 16 görüş isə beynəlxalq statusuna malik olub və fərqli qitə təmsilçiləri üz-üzə gəlib.
Ölkələr arasında isə üçhakimiyyətlilikdir. Üç ölkədə daha çox belə qarşılaşma olub.
Bunlar İspaniya, Macarıstan və Polşadır. Onların hərəsində 5 görüş araşdırmalara yol açıb.
Qeyd edək ki, 2022-ci ilin II rübündə belə oyunların sayı 88 olub.