Premyer Liqa nəhəngləri 1/32 finalda rəqib oldu
29.11.2022 - 16:53
Premyer Liqa nəhəngləri 1/32 finalda rəqib oldu

İngiltərə kubokunda III mərhələnin cütləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 1/32 finalda iki iddialı komanda üz-üzə gələcək.

“Mançester Siti” ilə “Çelsi” növbəti raunda vəsiqə uğrunda birincilərin meydanında qarşılaşacaq. Daha bir favorit “Liverpul” elitanın digər təmsilçisi “Vulverhempton”la doğma arenasında münasibətlərinə aydınlıq gətirəcək. “Mançester Yunayted” isə “Everton”u qəbul edəcək.

Premyer Liqanın lideri “Arsenal” kubokda aşağı liqa təmsilçisi “Oksford Yunayted”i sınağa çəkəcək. “Tottenhem” də “Portsmut”la qarşılaşacaq. London təmsilçilərindən “Tottenhem” evdə, “Arsenal” səfərdə çıxış edəcək.

Qeyd edək ki, İngiltərə kubokunda 1/32 final mərhələsinin matçları yanvarın 6-9-u aralığında keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0