AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının XII turunda baş verənlər müzakirə olunub.
Komitə xoşagəlməz hadisələrlə bağlı aşağıdakı qərarları qəbul edib:
Misli Premyer Liqası XII tur
03.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
03.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Səbail” – “Turan Tovuz” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə matçın baş hakiminin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 43.7);
05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 42-ci dəqiqəsində “Sabah” klubunun 19 nömrəli futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah” klubu 500 manat cərimə edilir (maddə 36.5);
Əvəzedicilər liqası XII tur
05.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XII turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 34-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 22 nömrəli futbolçusu Qabil Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
05.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XII turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün oyun öncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
05.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XII turunun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Kəpəz-2” komandası oyun günü planına riayət etmədiyinə görə (meydança sulanmayıb) “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 77.1);
05.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XII turunun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);