AFFA-nın iclası fevrala qaldı: Vacib qərarların alınma vaxtı bəlli oldu
31.01.2025 - 17:31
AFFA-nın iclası fevrala qaldı: Vacib qərarların alınma vaxtı bəlli oldu

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının yanvarın ikinci yarısında keçirilməsi nəzərdə tutulmuşdu. 

Apasport.az saytına verilən məlumata görə, məhz bu ay federasiyada bir sıra vacib qərarlar qəbul olunmalı idi.

Lakin həmin iclas bu ay baş tutası olmadı. Məlumata görə, AFFA İcraiyyə Komitəsinin iclası fevrala təxirə salınıb. 

Belə ki, həmin mühüm qərarlarqarşıdakı həftə veriləcək.

İcraiyyə Komitəsini iclasının fevralın ilk günlərində reallaşması gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0