AFFA Rauf Əliyevin cəzasını açıqladı
01.09.2022 - 15:36
AFFA Rauf Əliyevin cəzasını açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının IV turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Neftçi” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub. Meydançaya kənar şəxslər daxil olduğu üçün “ağ-qaralar” 1600 manat ödəyəcək.

“Səbail” – “Kəpəz” qarşılaşmasında qonaqların qırmızı vərəqə alan oyunçularının cəzası fərqli olub. Hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Rauf Əliyev sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun diskvalifikasiya edilib. Gəncə klubu 4000 manat cərimə olunub. Onun komanda yoldaşı Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubu 200 manat ziyana salıb. Bu matçda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 cərimələnib.

“Sabah”la ev oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat ödəyəcək. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0