AFFA “Səbail”ə qarşı iddianı təmin etmədi
13.10.2023 - 16:34
AFFA “Səbail”ə qarşı iddianı təmin etmədi

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Komitə Tural Bayramlının “Səbail”ə qarşı kompensasiya tələbinə baxıb. Müzakirələrdən sonra kluba qarşı idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddia təmin edilməyib.

Qeyd edək ki, Bayramlı “Səbail”də 2021/22 və 2022/23 mövsümlərində çıxış edib. O, 12 matçda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0