AFFA Yunis Hüseynova vəzifə verdi
30.12.2022 - 17:53
AFFA Yunis Hüseynova vəzifə verdi

“Şamaxı”nın sabiq baş məşqçisi Yunis Hüseynovun işsiz günləri geridə qalıb.

Apasport.az saytının məlumatına görə, AFFA tanınmış futbol veteranına yeni vəzifə tapşırıb.

O, federasiya həyata keçirdiyi Elit-Məşq layihəsinin rəhbərliyinə gətirilib. Hüseynov bu postda Miloş Velebiti əvəzləyib.

Son 3 ili Azərbaycanda keçirmiş serbiyalı Elit-Məşq proqramına nəzarət etməklə yanaşı, U-19 yığmasını çalışdırıb. AFFA-nın müqaviləsini uzatmadığı balkanlı mütəxəssis Taylanda yollanıb.

Yunis Hüseynova gəlincə, o, 2 ilə yaxın idi çalışmırdı. AFFA-nın təqdimatı ilə “Şamaxı”ya üz tutmuş “Neftçi”nin yetirməsi ondan öncə də federasiyada Texniki direktor Bernard Lippertin köməkçisi vəzifəsini yerinə yetirib (sportinfo.az).

writer photo
Əlirza Əlirzalı
0