AFFA “Zirə”nin şikayətini təmin etmədi
04.07.2022 - 12:42
AFFA “Zirə”nin şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini cavablandırıb.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib.

“Zirə” məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə 1 oyun əlavə olunmasına və kluba 800 manat cərimə olunması barədə İntizam Komitəsinin 03.06.2022-ci il tarixli qərarına rəsmi etiraz edib.

Lakin Apellyasiya Arbitraj Tribunalı qərarın qüvvədə saxlanılacağını açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0