Alfonso Dominqes mübarizəni dayandırdı - FOTO
24.06.2023 - 22:24
Alfonso Dominqes mübarizəni dayandırdı - FOTO

Azərbaycan boksçusu Alfonso Dominqes Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib. 

Apasport.az saytının məlumatına görə, 92 kq çəkidə qüvvəsini sınayan dünya çempionu Yan Zakla (İsrail) qarşılaşıb. 

Görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Rəqib 4:1 (27:28, 28:27, 28:27, 28:27, 29:26) hesabı ilə qələbə qazanıb. 

Qeyd edək ki, Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Murad Allahverdiyev (80 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb.  

writer photo
Əlirza Əlirzalı
0