Anaxanım İsmayılova Avropa Oyunları ilə vidalaşdı - FOTOLENT
27.06.2023 - 20:30
Anaxanım İsmayılova Avropa Oyunları ilə vidalaşdı - FOTOLENT

Azərbaycan boksçusu Anaxanım İsmayılova (50 kq) Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünə çıxıb. O, 1/8 final çərçivəsində Rita de Pinyo Soareslə (Portuqaliya) üz-üzə gəlib. 

Görüş rəqibin qələbəsi ilə başa çatdığından İsmayılova yarışla vidalaşıb. 

Qeyd edək ki, bu gün daha 1 boksçumuz rinqə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşacaq. 

writer photo
Əlirza Əlirzalı
0