“Krasnodar”ın “Qarabağ”ın legioneri Leandro Andrade ilə maraqlanması haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, klub kabo-verdelinin transferini yayda reallaşdırmağı planlaşdırırdı.
Amma əldə etdiyimiz məlumata görə, “Krasnodar” onun transferini daha da tezləşdirə bilər. Rusiya təmsilçisi bu keçidin qışda baş tutması üçün addım atmaq istəyir.
“Qarabağ” buna razı olmasa, ruslar ən pis halda yayda transferin reallaşmasına çalışacaq. “Krasnodar” Andradeni canlı izləmək üçün skautlarından birini Bakıya göndərib.
Belə ki, Rusiya klubunun təmsilçisi Avropa Liqasının “Qarabağ” – “Ayaks”(0:3) görüşünü stadiondan canlı izləyib.
Qeyd edək ki, “Krasnodar” hazırda Rusiya Premyer Liqasında 12 turdan sonra 30 xalla liderdir.