“Əziz azarkeşlər, bu mövsüm, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm!”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov deyib.
33 yaşlı rusiyalı qolkiper azarkeşlərə vida mesajı ünvanlayıb: “Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!”.
Qeyd edək ki, Ağdam təmsilçisi Lunyovla başa çatan müqavilə uzatmayıb.