Ange Mutsinzi: “Osiyek” asan komanda deyil" - Açıqlama
05.08.2024 - 14:56
Ange Mutsinzi: “Osiyek” asan komanda deyil" - Açıqlama

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi apasport.az saytına açıqlama verib.

Ruandalı futbolçu komandasının Azərbaycan Premyer Liqasının 1-ci turunda “Səbail”i 4:1 hesabı ilə məğlub etməsi barədə danışıb:

“Bu matçda qalib gəldiyimiz üçün şadam. Matçın gedişində çox yaxşı pressinq etdik və ilk yarıda üç qol vurduq. Nəticə və oyundan razıyıq. İlk turda qələbə qazanmaq xoş oldu. Bunun davamını gətirməyə çalışacağıq. Birinci turda qalib gəlmək də motivasiya və inam qazandırır”.

Ange Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaqları “Osiyek” barədə də fikirlərini söyləyib: “Bayaq dediyim kimi, qələbə qazanmağa davam etmək niyyətindəyik. Çempionat matçı bitdi, qarşıda bizi avrokubok oyunu gözləyir. “Osiyek” asan komanda deyil. Fikrimcə, dişimizə görə rəqibdir. Amma çətin oyunlar olacaq. Həm Xorvatiyada, həm də Bakıda çətin və gərgin oyunlar keçirəcəyik. Baş məşqçinin dediyi hər şeyi meydanda edə bilsək, təbii ki, “Osiyek”i keçə bilərik”.

Qeyd edək ki, "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Osiyek"lə görüşəcək. İlk matç avqustun 8-də səfərdə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0