“O, ehtiraslıdır. Hamı kimi bəzən çox da yaxşı olmaya bilər, amma həmişə döyüşür, səy göstərir, öz keyfiyyətləri ilə komandası üçün ən yaxşısını etməyə çalışır”.
Apasport.az saytı xəbər verir ki, bunu Fransanın gənclərdən ibarət yığmasının baş məşqçisi Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappe haqda deyib.
Veteran futbolçu millinin 24 yaşlı kapitanına haqsızlıq edildiyini düşünür: “Oynamaq üçün xaricə getməlidir? Düzünü desəm, gedəcəyini düşünürdüm. Məncə, hamı Klianın getməsini gözləyirdi. Mbappe ilə bağlı məni həmişə heyrətləndirən bir şey var: o, həmişə oynamaq, məşq etmək istəyir. Dünya çempionatından sonra Fransa kubokunda oynayır. Heç vaxt yorulduğundan şikayət etmir. Kapitan bu mövzuda heç kimə hörmətsizlik etməyib”.
Qeyd edək ki, bu mövsüm PSJ ilə 4 matça çıxan forvard 7 dəfə fərqlənib.