“Araz-Naxçıvan” Bakıya köçdü
17.07.2023 - 12:09
“Araz-Naxçıvan” Bakıya köçdü

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Bakıda qəbul edəcək. “Araz-Naxçıvan” ev matçlarını Mərdəkandakı “Dalğa Arena”da keçirəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən bu stadion 6700 tamaşaçı tutumuna malikdir.

writer photo
Əlirza Əlirzalı
0