"Araz-Naxçıvan"da 3 ciddi itki
10.03.2024 - 00:48
"Araz-Naxçıvan"da 3 ciddi itki

Misli Premyer Liqasının XXVI turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” matçdamn qabaq son məşqini keçirib.

Apasport.az xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş CBC Sport-la canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0