"Araz-Naxçıvan"ın yoxlama oyunlarının başlama saatı BİLİNDİ
07.01.2024 - 11:20
"Araz-Naxçıvan"ın yoxlama oyunlarının başlama saatı BİLİNDİ

“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Apasport.az klubu istinadla xəbər verir ki, yanvarın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Zirə” ilə keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.

Naxçıvan təmsilçisi 5 gün sonra – yanvarın 15-də “Qəbələ” ilə  qarşılaşacaq. Görüş saat 14:00-da Qəbələ şəhər stadionunda başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0