“Aris”in daha bir futbolçusu “Neftçi” ilə oyunları buraxacaq
16.07.2022 - 12:22
“Aris”in daha bir futbolçusu “Neftçi” ilə oyunları buraxacaq

Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Aris” daha bir futbolçusunun xidmətindən məhrum qalıb.

Apasport.az-ın Kipr klubunun rəsmi saytına istinadən məlumatına görə, yeni transfer Karol Struski sıradan çıxıb.

“Dnepr”lə yoxlama görüşündə (4:2) zədələnən 21 yaşlı yarımmüdafiəçinin körpücük sümüyünün sındığı müəyyənləşib. Bu üzdən futbolçu əməliyyat olunub. Struskinin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir. Bu da o deməkdir ki, gənc oyunçu “Neftçi” ilə hər iki qarşılaşmanı buraxacaq.

Polşalı oyunçuya qədər limassolluların qabonlu hücumçusu Şavi Babiçka da zədələndiyi üçün “Neftçi” ilə görüşdə iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, “Aris”lə “Neftçi” arasında iyulun 21-də “AEK Arena”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Bakcell Arena”da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0