“Aris”in futbolçusu: “Daha çox qol vura bilərdik”
22.07.2022 - 11:44
“Aris”in futbolçusu: “Daha çox qol vura bilərdik”

“Larnakaya yalnız qələbə üçün gəlmişdik”.

Apasport.az saytının məlumatına görə, bunu Limassol “Aris”inin yarımmüdafiəçisi Matiya Şpolyariç Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirilən ilk oyun barədə danışarkən deyib.

Komandasının 2:0 hesablı qələbə qazandığı “AEK Arena”dakı matçda birinci qolda yaxından iştirak edən və ikinci qolun yaradıcısı olan Kipr millisinin futbolçusu uğurun sirrini açıqlayıb: “Rəqibi yaxşı təhlil etmişdik, matçda da yüksək təzyiq göstərdik. “Neftçi”nin yaxşı komanda olduğunu bilirdik. Ancaq xeyli fürsətlərimiz oldu, daha çox qol vura bilərdik. Tam hazırıq idik, çox çalışdıq və nəticədə böyük uğur qazandıq. Bakıya qələbə üçün gedəcəyik”.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında iyulun 28-də “Bakcell Arena”da keçiriləcək cavab qarşılaşması saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0