Rusiyanın məşhur futbolçusu Artyom Dzyuba Bakıya gəlib.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı “sport-express” nəşri yayıb.
Bildirilib ki, 34 yaşlı hücumçu karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. O, bunun üçün bir gün öndə Bakıya uçub. Rusiyalı həmkarlarımız Dzyubanın “Neftçi” və ya “Qarabağ”la danışıq apardığını iddia edib.
Lakin Bakı klubun prezidenti Kamran Quliyev Sankt-Peterburq “Zenit”indən ayrılan futbolçunun “ağ-qaralar”la heç bir əlaqəsinin olmadığını açıqlayıb. O, Dzyubanın Azərbaycana dincəlmək üçün gələ biləcəyini də qeyd edib.
Rusiyalı futbolçunun “Sabah”la danışıq aparması da istisna edilmir.
Qeyd edək ki, tanınmış futbolçu bu ilin mayında “Zenit”dən ayrılıb. O, son mövsümdə Sankt-Peterburq təmsilçisinin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Dzyuba Azərbaycan klubuna azad agent kimi keçə bilər.