Avropa çempionatında daha bir gümüş medal
25.08.2023 - 23:05
Avropa çempionatında daha bir gümüş medal

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytı xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib.

Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. +80 kq çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.

Bu, komandanın Avropa çempionatında qazandığı ikinci medal olub. Yarışın ilk günündə Cavad Ağayev (68 kq) ikinci yeri tutub.

Qeyd edək ki, Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

 

writer photo
Əlirza Əlirzalı
0