Avropa Oyunlarında şahmat yarışları keçiriləcək 
22.03.2023 - 13:42
Avropa Oyunlarında şahmat yarışları keçiriləcək 

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. 

Apasport.az saytı xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən yarış iyunun 19-da olacaq.

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı, daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0