Azərbaycan çempionatı: “Zirə” 7-ci qələbəsini qazandı
24.01.2024 - 10:59
Azərbaycan çempionatı: “Zirə” 7-ci qələbəsini qazandı

Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tur başlayıb. 

Apasport.az xəbər verir ki, ilk gündə keçirilən 4 oyunda 22 qol qeydə alınıb.

"Zirə" 7-ci qələbəsini “Baku Fire”nin qapısından 7 cavabsız top keçirərək qazanıb. “Birbaşa Bakı” isə “Dirçəliş”i eyni hesabla məğlub edib.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Dinamo Gəncə” – “Real Bakı”, “Qalaxy Bakı” – “İnter”, “Siyəzən” – “Atəşgah Suraxanı” və “Aznur” – “Abşeron” oyunları ilə yekun vurulacaq.

Azərbaycan çempionatı
VII tur

“Dirçəliş” – “Birbaşa Bakı” 0:7
“Veteran” – “Odlar Yurdu” 0:3
“Zirə” – “Baku Fire” 7:0
“Turan” – “Sumqayıt” 2:3

writer photo
Əlirza Əlirzalı
0