Azərbaycan çempionatının tarixi dəyişdirildi
14.06.2024 - 14:58
Azərbaycan çempionatının tarixi dəyişdirildi

Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixində dəyişiklik olub.

Apasport.az xəbər verir ki, iyunun 25-28-də təşkili nəzərdə tutulan çempionat 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışda iştirakı səbəbindən təxirə salınıb.

Dəyişikliyə əsasən, ölkə birinciliyi 16-19 iyul tarixində təşkil olunacaq.

Qeyd edək ki, yarış üçün qeydiyyat iyunun 30-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0