Azərbaycan çempionu Avropa Liqasında
02.08.2023 - 22:09
Azərbaycan çempionu Avropa Liqasında

Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” Avropa kuboklarında mübarizəni davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsində oynayacaqlar. 

Ağdam klubu “Molde” (Norveç) – HJK (Finlandiya) cütünün məğlub komandası ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun avqustun 10-da Bakıda olacaq. Cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.

Qeyd edək ki, səfərdə Polşanın “Rakuv” klubuna 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma azarkeşlər qarşısında revanş ala bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.

 

writer photo
Əlirza Əlirzalı
0