Azərbaycan çempionu üçün “Olimpiya”
17.08.2023 - 21:59
Azərbaycan çempionu üçün “Olimpiya”

“Qarabağ” Avropa Liqasının pley-offunda “Olimpiya” ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsində Finlandiya HİK-ini üstələyən Qurban Qurbanovun yetirmələrinin növbəti rəqibi Sloveniya təmsilçisi olacaq.

“Olimpiya” Çempionlar Liqasının III təsnifat mərhələsində “Qalatasaray”a uduzduğu üçün Avropa Liqasına yuvarlanıb. Türkiyə çempionu hər iki görüşdə sloveniyalıları məğlub edib – 3:0, 1:0.

“Qarabağ”la “Olimpiya” arasında ilk oyun avqustun 24-də, cavab görüşləri 31-də baş tutacaq. Çempionumuz ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, ötən həftə Bakıda 2:1 hesablı qələbə qazanan “Qarabağ” bu gün səfərdə də eyni nəticəyə sevinib.
 

writer photo
Əlirza Əlirzalı
0