Azərbaycan çempionunun heyəti açıqlandı
20.10.2022 - 10:47
Azərbaycan çempionunun heyəti açıqlandı

“Araz-Naxçıvan”ın Çempionlar Liqası üçün heyəti bəlli olub.

Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu əsas mərhələdə iştirak üçün ilkin heyəti UEFA-ya göndərib. 

19 nəfərlik heyətdə 3 qapıçı yer alıb. Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. 

Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.

Qapıçılar: 12. Mikael Deon, 1. Emin Kürdov, 19. Cavad Məmmədov

Oyunçular: 2. Kənan Manafov, 3. Nurlan Mehdizadə, 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 9. Oktay Rüstəmli, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 16. Murad Quluzadə, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”, 22. Felipinyo
 

writer photo
Əlirza Əlirzalı
0