Azərbaycan çempionunun rəqibləri müəyyənləşəcək
24.08.2022 - 15:07
Azərbaycan çempionunun rəqibləri müəyyənləşəcək

Bu gün Bakı vaxtıyla 19:30-da Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. 

Azərbaycan Minifutbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust – 04 sentyabr tarixlərində Çernoqoriyanın Herseq-Novi şəhərində yerləşən Polino arenada baş tutacaq. 

Komandalar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.

Sayca beşinci dəfə keçiriləcək ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son qalibi “Beerbaşa” komandası təmsil edəcək. Təmsilçimiz avqustun sonu Bakı – İstanbul – Podqoritsa reysi ilə Çernoqoriyaya yollanacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0