Azərbaycan klublarına 650 min avro
16.08.2023 - 16:11
Azərbaycan klublarına 650 min avro

Konfrans Liqasında çıxış edən Azərbaycan klublarının büdcəsinə UEFA-dan vəsait daxil olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

2023/2024-cü illər mövsümündə turnirdə iştirak edən “Qəbələ”, “Neftçi” və “Sabah” üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi onların hesabına köçürülüb.  Qəbələ” 450, “Neftçi” və “Sabah” hərəyə 100 min avro əldə edib.
 
Qeyd edək ki, klublarımız Konfrans Liqasında ümumilikdə 650 min avro qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0