Azərbaycan klubu “Başakşehir”in futbolçusunu geri qaytarır
08.05.2023 - 16:59
Azərbaycan klubu “Başakşehir”in futbolçusunu geri qaytarır

“Sumqayıt” mövsümün sonunda bir neçə legionerlə yollarını ayırmaq istəyir. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, “kimyaçılar” “Başakşehir”dən icarəyə götürdüyü Alya Tureni də komandada saxlamaq istəmir. 

Türkiyə klubundan icarəyə götürülən qvineyalı gözlənilənləri qarşılamadığı üçün onun yayda geri göndərilməsi gözlənilir. 

O, Azərbaycana gələnə qədər “Akhisarspor” və “Yammerbuqt” klublarında da icarə əsasında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0