Rumıniyanın Oredea şəhərində minifutbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib.
Apasport.az saytı xəbər verir ki, qrup mərhələsini məğlubiyyətsiz başa vuran Azərbaycanın "Birbaşa Bakı" klubu Ukrayna “Andezit”i ilə üz-üzə gəlib.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finalda iştirak hüququ qazanıb. Bu mərhələdə "Birbaşa Bakı"nın rəqibi Çempionlar Liqasının ötən ilki qalibi, ev sahibi “AEK Oradea" komandası olacaq.
Qeyd edək ki, bu gün "Zirə" də analoji yarışda 1/8 final görüşünə çıxacaq. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Macarıstanın "Şanto" klubunu sınağa çəkəcək.