Minifutbol üzrə EMF Çempionlar Liqası davam edir.
Apasport.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi təmsilçisi “Beerbaşa” yarışdakı uğurlu seriyasını davam etdirir.
1/8 finalda Rumıniya çempionu “Old Boys”la qarşılaşma qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.
Bununla da “Beerbaşa” adını qitənin ən güclü səkkiz klubu arasına yazdırıb. Komandamız bu gün axşam Bakı vaxtı ilə saat 23:00-da 1/4 final oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycan minifutbol tarixində ilk dəfə təmsilçimiz 1/4 finalda oynayacaq.