Azərbaycan millisi Litvaya yollandı
02.01.2024 - 12:50
Azərbaycan millisi Litvaya yollandı

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət komandamız bu gün Litvanın Şaulyay şəhərinə yola düşüb.

Apasport.az Voleybol Federasiyasına istinadla xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək. 

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

writer photo
Əlirza Əlirzalı
0