Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
08.06.2023 - 15:58
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla qarşılaşacaq. 

Bu mərhələnin oyunları Sentyabrın 11-20-də, oktyabrın 2-11-də və dekabrın 11-20-də baş tutacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq.

Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibi olan 5 komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 ikinci yer sahibi pley-offda iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0