Azərbaycan – Qazaxıstan: Kim şanslıdır?
25.09.2022 - 15:34
Millətlər Liqasının VI turu çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq millimizi matçın favoriti sayırlar.
Bu gün Bakıda baş tutacaq matçda yığmamızın qələbəsi 2,25, qonaqların uğuru 3,30 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,10 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
0
0