Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
15.04.2023 - 01:18
Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"

“Ermənistanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Tviterdə bildirib.

“Bu cür nifrət hərəkətinə qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!” –, deyə diplomat vurğulayıb.

writer photo
Əlirza Əlirzalı
0