Azərbaycan yığmasının rəqibinin baş məşqçisi istefa verib
31.05.2024 - 10:56
Azərbaycan yığmasının rəqibinin baş məşqçisi istefa verib

Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev istefa verib. 

Apasport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası bəyanat yayıb.

Məlumata görə, 47 yaşlı mütəxəssis ailə vəziyyətinə görə belə qərar verib.  

Qeyd edək ki, milli komandamız iyunun 11-də Macarıstanda Qazaxıstanla beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0