Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb
18.07.2024 - 13:13
Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb

Azərbaycanın güləş üzrə milli komandaları Paris olimpiadasına son hazırlıq prosesinə start verib.

Apasport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcəklər.

Hər 3 komandanın Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.

Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris-2024-də güləş yarışı avqustun 5-11-i aralığında baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0