Azərbaycanın FİFA hakimlərinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2023-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçiləri FİFA tərəfindən təsdiqlənib.
Siyahıda 17 hakim yer alıb. Onlardan 4-ü referi, 8-i köməkçi, 3-ü futzal, 2-si çimərlik futbolu hakimidir. Referilərimizdən ikisi həm də VAR-da ədaləti qoruyacaq.
Qeyd edək ki, ötən siyahı ilə müqayisədə yalnız Fəridə Lütfəliyeva referilər siyahısına daxil olub. Həmçinin təmsilçilərimiz ilk dəfə VAR hakimləri sırasında yer alıb.
Referilər:
1. Ağayev Əliyar
2. Məsiyev Elçin
3. Cabarov Rauf
4. Lütfəliyeva Fəridə
Referi köməkçiləri:
1. Əmirəli Akif
2. Zeynalov Zeynal
3. Abdullayev Elşad
4. Hüseynov Namiq
5. Talıbov Pərvin
6. Yusifov Cavanşir
7. Nurıyeva Sevda
8. Əkbərzadə Gülnurə
VAR hakimləri:
1. Ağayev Əliyar
2. Məsiyev Elçin
Futzal
1. Qafarlı Hikmət
2. Cəbrayılov Əli
3. Əmiraslanov Knyaz
Çimərlik futbolu
1. Məmmədov İnqilab
2. Nağıyev Nail