Azərbaycanlı hakim Qətərdə görüşlər idarə etdi
05.03.2023 - 19:12
Azərbaycanlı hakim Qətərdə görüşlər idarə etdi

Cüdo hakimi Nazim Umbayev Ərəb ölkələrinin çempionatında ədalət təmsilçiləri arasında yer alıb

Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim 3-4 mart tarixlərində Qatarın paytaxtı Dohada keçirilmiş cüdo üzrə Ərəb ölkələrinin çempionatında iştirak edib.

Nazim Umbayev yarışda kişilər arasında 81 kq çəki dərəcəsində final görüşünü, 73 kq və 100 kq çəkidə bürünc medal uğrunda görüşləri idarə edib.

writer photo
Əlirza Əlirzalı
0