Azərbaycanlı idmançı rekordunu yenilədi
16.03.2024 - 16:28
Azərbaycanlı idmançı rekordunu yenilədi

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev İtaliyanın Liqnano Sabbiadoro şəhərində keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki, idmançı yarışın üçüncü günündə S10 kateqoriyasında çıxış edib.

Ə.Vəliyev 100 metr kəpənək üsulda 29:59 saniyə üzərək buna nail olub.

writer photo
Əlirza Əlirzalı
0