“Azərreyl”in kapitanı: “Azarkeşlər bizi çox qürurlandırdı”
19.10.2023 - 11:12
“Azərreyl”in kapitanı: “Azarkeşlər bizi çox qürurlandırdı”

"Bizi daha da çətin oyunlar gözləyir".

Apasport.az xəbər verir ki, bunu "Azərreyil"in kapitanı Aynur İmanova deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında “Azərreeyl”in avrokubokda növbəti mərhələyə yüksəlməsi ilə bağlı fikirləini bildirib: "Hər iki qələbə münasibətilə də komandamı təbrik edirəm. Düşünürəm ki, bundan daha da çətin oyunlar bizi gözləyir. Bunun üçün biz əlimizdən gələni etmək üçün çalışacağıq. Daha yaxşı nəticələr ldə etmək üçün daha çox yaxşı hazırlaşacağıq. İki gün bizi dəstəkləyən azarkeşlər bizi çox qürurlandırdı. Onlara da çox təşəkkür edirik". 

Qeyd edək ki, növbəti mərhələdə "Azərreyil" İspaniyanın "Avarca de Menorca" klubu ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0