“Səbail” qışda icarəyə götürdüyü Matiya Lyuyiçin transfer hüququna sahib çıxmaq istəyir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu “Uypeşt”dən gətirdiyi futbolçunun çıxışından razı olduğu üçün onu buraxmaq istəmir.
Bakı təmsilçisi Premyer Liqadakı yerini qoruya bilsə, növbəti mövsüm üçün serbiyalı ilə yoluna davam etməyi planlaşdırır.
Qeyd edək ki, 29 yaşlı futbolçu “Partizan”, “Jalqris”, “Vellinqton Feniks”, “Belenenseş”, “Bney Yehuda”, “Qanqvon”, “Hapoel Hayfa”da oynadıqdan sonra “Uypeşt”ə keçib. O, Macarıstan klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.