Bakıdakı beynəlxalq turnirin vaxtı dəqiqləşdi
01.02.2023 - 11:32
Bakıdakı beynəlxalq turnirin vaxtı dəqiqləşdi

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib. 

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək. 

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq. 

Qeyd edək ki, Azərbaycanda noyabr ayında təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0