“Oyun barədə fikrim yaxşıdır. Kompromissiz mübarizə, emosiyalar oldu”.
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa deyib.
Belaruslu mütəxəssis Misli Premyer Liqasının III turunun “Zirə” ilə səfər oyunu barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Qol vəziyyətləri yarandı. Üç oyundur hücumda kombinasiyaları dəyişirik. Hələ üzərində çalışmalı olduğumuz məqamlar var. Yeni oyunçun artıq bizimlə iki gündür məşq keçib. Kifayət qədər yaxşı formadadır. Sadəcə oyun praktikası yoxdur. Bu gün də pis mübarizə aparmadı”.
Qeyd edək ki, “Dalğa Arena”dakı qarşılaşmada qolsuz sülh qeydə alınıb.