“Bavariya” Levandovskiyə qiymət qoydu
14.06.2022 - 11:02
“Bavariya” Levandovskiyə qiymət qoydu

“Bavariya”nın Robert Levandovski üçün tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu hücumçusunun transferi üçün 50 milyon avro tələb edir.

Münhen təmsilçisi 33 yaşlı polşalı üçün ödəniləcək vəsaitin birdəfəlik və dərhal verilməsini də istəyir. Levandovskinin xidmətində “Barselona”, PSJ və “Çelsi” maraqlıdır. Son günlərdə “Mançester Yunayted” də polşalıya elçi düşüb.

Qeyd edək ki, müqaviləsi gələn ilin yayında başa çatacaq forvard “Bavariya”dan ayrılmağa qərar verib.
 

writer photo
Əlirza Əlirzalı
0