“Bayer” “Bavariya”nın rekordunu təkrarladı
26.11.2023 - 21:53
“Bayer” “Bavariya”nın rekordunu təkrarladı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer" Almaniya Bundesliqasında qeydə alınan rekordu təkrarlayıb.


Apasport.az xəbər verir ki, o, 12-ci turda "Verder"i məğlub edib - 3:0.

Bununla da Leverkuzen təmsilçisi çempionatda məğlubiyyətsizlik seriyasını 12-yə çatdırıb. Beləliklə komanda mövsümün startından bəri hələ məğlub olmayıb.
Bundan əvvəl yalnız bir komanda - "Bavariya" 2015/2016 mövsümündə ilk 12 turda 11 qələbə qazanıb, 1 heç-heçə edib. 


Qeyd edək ki, "Bayer" Avropa Liqasının H qrupunda "Qarabağ"ı iki oyunda da məğlub edib - 5:1, 1:0.

writer photo
Əlirza Əlirzalı
0