Belarus – Azərbaycan oyununun favoriti açıqlandı
06.06.2022 - 15:10
Belarus – Azərbaycan oyununun favoriti açıqlandı

Millətlər Liqasının II turunda keçiriləcək Belarus – Azərbaycan matçının favoriti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bukmekerlər Serbiyanın Novi-Sad şəhərindəki görüşün əmsallarını açıqlayıb.

C liqasının 3-cü qrupunun qarşılaşmasında millimiz daha şanslı sayılır. Komandamızın qələbəsinə 2,64 əmsalla pul qoyuluşu qəbul edilir. Matçın heç-heçə bitməsinin əmsalı 3,15-dir. Meydan sahiblərinin qələbəsinə isə bukmekerlər 2,86 əmsalla qoyuluşlar mümkündür.

Qeyd edək ki, Belarus – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0