"Bellinqemlə qarşılaşmağa şad olacağam" - Keyn
18.04.2024 - 21:19
"Bellinqemlə qarşılaşmağa şad olacağam" - Keyn

"Bavariya"nın hücumçusu Harri Keyn "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem haqda danışıb.

Apasport.az xəbər verir ki, ingiltərəli forvard həmyerlisini tərifləyib:

“Aydındır ki, Cud fantastik mövsüm keçirir. O, həqiqətən də əla oyunçudur, ona görə də onun üçün xoşbəxtəm. Məhz bunun üçün biz xarici klublara getdik. Çempionlar Liqasının yarımfinal mərhələsi kimi vacib matçlarda oynamaq istəyirik. Əminəm ki, bir çox ingilis azarkeşləri ikimizi də izləyəcək. Sadəcə, diqqətimizi oyunumuza yönəltməliyik. Bellinqemlə qarşılaşmağa şad olacağam, amma meydana çıxan kimi komandamızın qələbə qazanması üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, "Bavariya" ÇL-in yarımfinalında "Real"la qarşılaşacaq. 

writer photo
Əlirza Əlirzalı
0